https://news.day.az/az/unusual/1229296.html Teleqram messencerdə qrup zəngləri mümkün olacaq

Teleqram messencerdə qrup zəngləri mümkün olacaq

Maraqlı, 28 Aprel 2020 23:15 (UTC +04:00) 125 757
Teleqram messencerdə qrup zəngləri mümkün olacaq

Teleqram messencerində qrup şəklində zəng etmək mümkün olacaq.

Day.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin bloqunda məlumat yayılıb.

Məlumata görə, Teleqramın aylıq istifadəçi auditoriyası 400 milyona çatıb. Bu rəqəm ötən illə müqayisədə 100 milyon nəfər çoxdur.

"Mövcud pandemiya ilə əlaqədar olaraq insanların çoxu məsafədən iş rejiminə keçiblər. Bu isə təhlükəsiz video konfransa müraciət edənlərin sayını artırır. 2013-cü ildə bəri yazılı mesajlara olan tələbat 2020-ci ildə video zənglərlə əvəzləndi. Teleqram bunu nəzərə alaraq insanların qrup şəklində video zəng etmələri üçün funksiya hazırlayır", - deyə şirkətin məlumatında qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər