https://news.day.az/az/unusual/1230084.html
5G-yə ən çox patent alan şirkətin adı açıqlandı
5G-yə ən çox patent alan şirkətin adı açıqlandı
Dünyada 5G-yə ən çox patent alan şirkət Samsung Electronics-dir. Cənubi Koreya şirkəti bu günədək sözügedən şəbəkə üçün 1728 patent alıb.
Day.Az ted.az-a istinadən bildirir ki, ikinci ən çox patent alan şirkət isə Nokia-dır.
Bu günədək Nokia 1584 patent alıb. Siyahının üçüncüsü 1415 patent müraciəti ilə LG-dir. Çinin texnologiya nəhəngi Huawei isə 1274 müraciətlə siyahıda dördüncü olub.
Qeyd edək ki, bu şirkətlər tərəfindən 5G-yə patent üçün Avropa patent təşkilatına, ABŞ patent təşkilatına və ya Patent danışıqlar korporasiyalarına müraciət olunub.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.