Mercedes-Benz koronavirusa görə loqotipini dəyişdi
SARS-CoV-2 koronavirusunun yayılma sürəti bəşəriyyəti bu günə qədər görünməmiş tədbirlərə əl atmağa məcbur edir.
Day.Az Milli.az-a istinadən verdiyi məlumata görə, bu mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi ən güclü alətlərdən biri də sosial məsafəni qorumaq çağrışıdır.
Bu gün Mercedes-Benz şirkəti də bu tədbirə dəstək məqsədi ilə yenilənmiş loqotipini nümayiş etdirib. Yeni loqotipdə ölçüləri kiçildilmiş uç şüalı ulduz diqqəti çəkir. Kiçildilmiş ölçülər sayəsində xarici halqa ilə ulduz arasında boş məkan yaranır. Bu yolla, alman istehsalçısı özünüzü və ətrafdakıları yoluxmadan qorumaq üçün məsafə saxlamağı tövsiyyə edir.
Xatırladaq ki, bir müddət bundan öncə, Audi və Volkswagen şirkətləri də bənzər aksiyanı həyata keçirmişdilər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.