Conni Deppin boşanma məhkəməsində həyat yoldaşını döydüyü İDDİA EDİLDİ
Məşhur aktrisa Ember Hörd boşanmaq istədiyi həyat yoldaşı Conni Depplə bağlı polisə müraciət edib.
Day.Az xəbər verir ki, problemli boşanma yaşayan və bir-birlərini qarşılıqlı ittiham edən Ember və Conni Deppin məhkəməsində yeni faktlar üzə çıxıb. Ember 2016-cı il 21 mayda keçmiş həyat yoldaşının onu döydüyünü və boğmaq istədiyini əks etdirən səs yazılarını məhkəməyə təqdim edib. Belə ki, adı açıqlanmayan qadın polisə zəng edərək binanın yuxarı mərtəbəsində iki insanın şiddətli dalaşdığını və hadisə yerinə polisin gəlməsini istədiyini deyib. Təqdim edilən səs yazısında Deppin həyat yoldaşına şiddət göstərdiyi məlum olub. Deppin vəkili isə aktyorun həyat yoldaşına şiddət göstərdiyini yalanlayaraq əslində Emberin şiddətə meyilli olduğunu bildirib. Dep məhkəmədə evləndikdən bir ay sonra Emberin ona atığı qədəhin barmağını kəsdiyini iddia etsə də, aktyorun şəxsi həkimi bunu yalanlayıb. (ölkə.az)
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.