https://news.day.az/az/unusual/1230715.html Mars meteoritində azotun izləri tapılıb

Mars meteoritində azotun izləri tapılıb

Maraqlı, 3 May 2020 02:10 (UTC +04:00) 126 147
Mars meteoritində azotun izləri tapılıb

Tədqiqat qrupu Mars meteoritində azot tərkibli orqanik material aşkar edib. Day.Az xəbər verir ki, karbonatlı minerallar adətən çöküntüyə qrunt sularından qarışdığından bu kəşf Marsın 4 milyard il əvvəl həyatın yaranması üçün əlverişli olduğunu ehtimal etməyə əsas verir.

Marsın öyrənilməsində Antarktidada 1984-cü ildə tapılmış Allan Hills (ALH) 84001 meteoriti xüsusilə əhəmiyyətlidir.

Yeni tədqiqat işində alimlər qeyd olunan meteoriti tədqiq edərkən karbonatlarda azotun miqdarının öyrənilməsi üçün bundan öncə aparılan araşdırmalardan fərqli olaraq ən müasir analitik metodlardan istifadə ediblər.

Bu tapıntılar göstərir ki, Mars "Qırmızı planet" olana qədər onda orqanik azot mövcud olub. Erkən Marsın rütubətli və orqanik maddələrlə zəngin olması güman olunur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər