May ayı bu bürclər üçün xüsusilə uğurlu olacaq - Astroloq Lyubov Kalinovskaya

May ayı hadisələrlə bol olacaq, sosial və şəxsi münasibətlərə təsir edəcək dəyişikliklər baş verəcək.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə  astroloq Lyubov Kalinovskaya deyib.

"Mayın 5-də karma mehvərləri Xərçəng-Oğlaqdan Əkizlər-Oxatan mehvərinə keçir. Yəni növbəti bir il yarımdan iki ilədək tutulmalar Əkizlər-Oxatan mehvərində baş verəcək. Əkizlər daha çox ünsiyyətə və xoş vaxt keçirməyə, Oxatan isə ali təhsilə, uzun səfərlərə, hüquqi məsələlərə cavabdehdir. Buna görə də yolların və sərhədlərin açılmasını, hərəkəti və ünsiyyəti görürük", - Kalinovskaya bildirib.

Münəccim deyib ki, may xəyalları həyata keçirməyə başlamağın doğru vaxtıdır.

"Mayı Buğa bürcü idarə edir. Bu, yerin, təbiətin, gözəlliyin, maliyyə sabitliyinin və firavanlığın bürcüdür. Buğanı isə Venera planeti idarə edir. Mayın 13-dən etibarən Venera Əkizlər bürcündə retroqrad vəziyyətdə olacaq, buna görə istəkləri yerinə yetirmək mümkün olacaq. İnsanlar keçmişdə, məsələn, karantində etməyi arzuladıqlarını edə biləcəklər. Saturn da mayın 11-də retrofazaya girir. Bu, sosial planetdir və retroqrad vəziyyətdə gücünü itirir. Əvvəllər tətbiq edilmiş bəzi tədbir və qərarların zəifləyəcəyini görəcəyik", - Kalinovskaya hesab edir.

Astroloq hesablamalarına görə hansı bürclərin may ayında xüsusilə uğurlu olacağını və əksinə, kimə ikiqat ehtiyatlı olmağın lazım olduğunu da deyib.

"Əkizləri və Oxatanları uğur gözləyir, onların daha çox gücü, enerjisi, yaxşı planları, gələcək üçün perspektivləri yaranacaq. Buğalar üçün yeni qazanc əldə etmək, şəxsi münasibətlər qurmaq üçün yeni bir vaxt gəlir. Dolçalar və Balıqlar üçün çətin bir ay ola bilər, kəskin hadisələr baş verə bilər. Oğlaqlar isə zərbə altında qala bilərlər", - o deyib.