Mağazadan bahalı əşya alanda verilən lotereya kağızları ilə nə isə udmaq halal sayılırmı?
İslam dinində bəzi alış-veriş və qazanc növləri haram sayılır. Bəzi qazanclar qumar kateqoriyasına aiddir və haramdır. Cəmiyyətdə yayılmış lotereya oyunlarının çoxusu qumar sayılır. Lakin sualda verilmiş şəkildə mağazalarda təklif edilən lotereya biletləri qumar deyil. Bu biletlər heç bir ödəniş tələb edilmədən, hədiyyə kimi verilir. Lotereya biletini alan şəxs heç nə itirmir. Qazanılan uduşlar da heç kimin ödənişi hesabına verilmir. Mağazalar öz qazanclarından reklam və həvəsləndirmə məqsədi ilə mükafat fondu ayırır və bunu lotereya şəklində seçilmiş müştərilərə təqdim edirlər. Bu formada lotereya oyunlarında iştirak etmək günah deyil və qazanılan hədiyyə halaldır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.