Azan verilməyə başlayan kimi namaz qılmağa başlamaq olarmı?
Namaz vaxtının əvvəli azan oxunmağa başladığı an sayılır.
Day.Az Milli.az-a istinadən xəbər verir ki, əgər yaşadığınız yerdəki məsciddən verilən azan vaxtının düzgün olduğuna (yəni düzgün azan cədvəlinə uyğun olduğuna) əminsinizsə, azan səsini eşidən kimi namaza başlaya bilərsiniz. Lakin ehtiyat üçün azanın başa çatmasını gözləmək daha yaxşıdır.
Azanın sözlərini dinləmək də savabdır. Müstəhəbdir ki, insan azanın cümlələrini eşitdikcə, özü onları təkrarlasın. Namazı vaxtın əvvəlində qılmaq böyük savaba malikdir. Müsəlman şəxs üzürsüz yerə namazı vaxtın əvvəlindən gecikdirməməlidir. Lakin qeyd edək ki, azanın axırına kimi gözləmək namaz vaxtını gecikdirmək sayılmır.
Azanı dİnlədikdən sonra namaza başlayan şəxs də namazı vaxtın əvvəlində qılmış hesab edilir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.