Red Bull Flick turniri ilk dəfə Azərbaycanda

2020-ci il 8-10 may tarixlərində ölkəmizdə "Counter Strike: Global Offensive" oyunu üzrə ilk dəfə olaraq Red Bull Flick turniri keçiriləcək. 

İki ikiyə (2x2) formatında aparılacaq "CS:GO" yarışmasında həm həvəskar, həm də peşəkar oyunsevərlər iştirak edə bilərlər. Mayın 8-də start götürəcək turnir iki seçmə mərhələsi və mayın 10-da təşkil olunacaq final yarışmasından ibarətdir. Turnirin bütün mərhələləri onlayn şəkildə keçirikəcəkdir. Qeydiyyat üçün redbull.az/flick səhifəsinə keçmək lazımdır.

Turnirin qalibləri mükafatlandırılacaq! 

Birinci yer: 1000 AZN 

İkinci yer: 700 AZN 

Üçüncü yer: 300 AZN

Əgər sənin və komanda yoldaşının 18 yaşı tamam olubsa və "CS:GO" oyunu ilə aranız yaxşıdırsa, bu, sizin üçün qaçırılmaz fürsətdir! Tələsin, yerlər məhduddur.

Turnirdə qeydiyyat və iştirakla bağlı ətraflı məlumat burada - REDBULL.AZ/FLICK

Layihənin tərəfdaşları: 

Azərbaycan Kiber İdman Federasiyası və "Gaming League Azerbaijan"

Qeyd:  

Red Bull Flick turnirinə hazırlıqlı ol: 

Komanda yoldaşını seçəndən sonra ilk olaraq qeydiyyatdan keç. Turnirdə uğur qazanmaq üçün oyun qaydalarını nəzərdən keçir və komanda yoldaşınla birlikdə turnirə aid xəritələri diqqətlə öyrən. Keyfiyyətli internetlə təmin olunduğuna əvvəlcədən əmin ol. Daha bir dəyərli məsləhət - yarışma zamanı qəfləti hücumları qarşılamaq üçün komanda yoldaşınla daimi əlaqədə ol.