https://news.day.az/az/unusual/1232013.html Arktikadakı nəhəng ozon dəliyi bağlandı

Arktikadakı nəhəng ozon dəliyi bağlandı

Maraqlı, 6 May 2020 00:31 (UTC +04:00) 126 098
Arktikadakı nəhəng ozon dəliyi bağlandı

Arktika üzərində nəhəng ozon dəliyi bağlanıb.

Day.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının rəsmi nümayəndəsi Kler Nullis deyib.

O, bu dəliyin bağlanmasının koronavirusla bağlı olmadığını bildirib:

"Arktikada ozon qatının tükənməsi cari ilin martında rekord səviyyəyə çatmışdı. Bu, nadir hal idi. Son dəfə bu 2011-ci ildə qeydə alınmışdı. Buna iki faktorun kombinasiyası səbəb olurdu. Birincisi atmosferdə ozon qatını dağıdan şeylərin mövcudluğunun davam etməsi idi. Digəri meteoroloji şərait idi. Bu il stratosferdə çox soyuq qış keçdi. İndi situasiya normal vəziyyətə qayıdıb və dəlik bağlanıb".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər