İşdən yayınmamaq üçün Microsoft şirkəti yeni funksiya istifadəyə verəcək

Microsoft şirkəti Windows 10 əməliyyat sistemi üçün Your Phone tətbiqində yeniliyə davam edir. Şirkət istifadəçilərin çoxdan gözlədiyi yeniliyi, yəni Windows 10-u dəstəkləyən kompüterlərə smartfonda musiqini idarə etməyi öyrədir.

Day.Az ted.az-a istinadən bildirir ki, artıq Your Phone-da istifadəçi kompüter vasitəsilə smartfonda hansı musiqinin səsləndiyini öyrənə, eyni zamanda musiqini dəyişə və dayandıra bilər.

Bu yenilik istifadəçilərə kompüter arxasında oturarkən smartfondan uzaqlaşmağa kömək edəcək.

İstifadəçi açılan menyudan istifadə edərək müxtəlif musiqilərə keçid edə bilər. Yəni funksiyada həm smartfondakı media pleyeri, həm Spotify, YouTube Music və Apple Music kimi musiqi xidmətləri dəstəklənir. Smartfonda Android 7 Nougat əməliyyat sistemi və ya OS-nin daha müasir versiyası, kompüterdə, yəni Windows 10-da 2 yenilənmə October 2018 Update və ya daha müasir versiya olmalıdı.

Microsoft-dan verilən məlumata görə, funksiya test mərhələsində olduğuna görə onun üzərində iş davam edir: "Funksiya tədricən Windows İnsayder test proqramının iştirakçıları arasında paylanır".