https://news.day.az/az/unusual/1232643.html Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?

Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?

Maraqlı, 8 May 2020 03:15 (UTC +04:00) 126 308
Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?

Ramazanda hər gün şam azanı verildikdən sonra iftar etməyə icazə verilir. adətən, namaz qılan şəxslər axşam namazını qılandan sonra iftar edirlər. Amma əgər onları süfrə başında gözləyən olarsa, namazdan öncə iftar açmalıdırlar.

Halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva yaxud isti su ilə iftar açmaq xüsusilə savablıdır. Yaxşı olar ki, iftar edərkən birinci tikəni ağıza qoyanda bu dua oxunsun: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəlt. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirət-iğfirli".

Tərc.: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər