Ayda baş verən partlayışların tədqiqi üçün yeni rəsədxana fəaliyyətə başlayıb
Birləşmiş Ərəb Əmirliklərində Avropa Kosmik Agentliyinin meteoritlərin Ayın səthi ilə toqquşmasını öyrənən NELIOTA layihəsi üzrə yeni rəsədxana fəaliyətə başlayıb. Day.Az xəbər verir ki, sayca ikinci olan bu rəsədxana əldə olunan məlumatların dəqiqliyi ilə seçilir.
İndiyədək Ayla meteoritlərin toqquşmasını Yunanıstanda yerləşən Krioneri Rəsədxanaları müşahidə edirdi. Yeni Ay rəsədxanası bu yaxınlarda baş vermiş və Yunanıstandakı rəsədxananın qeydə aldığı partlayışı müəyyən edə bilib. Belə ikiqat müşahidə əldə olunmuş məlumatların dəqiqliyinə zəmanət verir.
Yer kürəsi və Ay kifayət qədər yaxın olduğundan eyni kosmik cisimlərin "hücumuna" məruz qalırlar. Rəsədxanaların Ayda müşahidə etdiyi partlayışlar Yer kürəsinə daim düşən kosmik daşların Ayın səthinə də düşməsi ilə meydana çıxır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.