https://news.day.az/az/videonews/1219103.html Koronavirusdan ölənləri dondurucuya yığırlar - Nyu-Yorkdan dəhşətli kadrlar - VİDEO

Koronavirusdan ölənləri dondurucuya yığırlar - Nyu-Yorkdan dəhşətli kadrlar - VİDEO

Videoxəbərlər, 2 Aprel 2020 13:44 (UTC +04:00) 248
Koronavirusdan ölənləri dondurucuya yığırlar - Nyu-Yorkdan dəhşətli kadrlar

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxanların sayı durmadan artır. Hazırda bu rəqəmin 84 minə yaxınlaşdığı qeyd edilir. Eləcə də koronavirusdan ölənlərin sayının artdığı vurğulanır. Təkcə martın 31-dən bu günə kimi bu ştatda ölənlərin sayı 391 nəfər təşkil edib.

Ümumilikdə isə ABŞ-da koronavirusdan ölənlərinin sayının 2 minə çatdığı bildirilir.

Hazırda Nyu-York morqlarının tam dolması üçün bir neçə gün qaldığı qeyd edilir. Koronavirusdan ölənlərin cəsədləri isə Nyu-York xəstəxanalarının yaxınlığında duran dondurucularla təchiz edilmiş xüsusi yük maşınlarına yığılır.

Day.Az həmin dəhşətli kadrlar əks olunan videonu təqdim edir:

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər