https://news.day.az/az/world/1219357.html
Ermənistanda koronavirusdan daha bir nəfər ölüb
Ermənistanda koronavirusdan daha bir nəfər ölüb
Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.
Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.
Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfər çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.