Uxanda epidemiyadan sonra pişiklər koronavirusa yoluxdu

Koronavirusun yayılmasının episentri sayılan Uxanda pandemiyadan sonra pişiklərin kütləvi şəkildə koronavirusa yoluxduğu məlum olub. Day.Az xəbər verir ki, bu barədə Uxan institutunun alimləri bildiriblər.

Pandemiyadan sonra 102 pişiyin qan nümunələri test edilib və onlardan 39-da koronavirus aşkar edilib.

Çinli alimlər hazırda epidemiya yaşayan digər ölkələrdə də xəstəlik səngiyəndən sonra bu halın baş verə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 190-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 900 mini, ölənlərin sayı isə 40 mini keçib.