Rumıniyada daha 445 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

Rumıniyada koronavirusa yoluxanların sayı daha da artıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, son 24 saat ərzində 445 nəfərdə koronavirus infeksiyası aşkar olunub. Hazırda 3613 nəfər koronavirus xəstəsi var. Bu virusa yoluxanlardan 116 nəfər vəfat edib, 283 nəfər sağalıb.

Bir müddət əvvəl Rumıniyanın Baş Naziri Lüdovik Orban xaricdə yaşayan rumınları Pasxa bayamları ilə əlaqədar ölkəyə zərurət olmadığı halda gəlməməyi xahiş edib. Baş Nazir bildirib ki, ölkəyə koronavirusun çox yayıldığı ölkələrdən gələn rumınlar evlərində 14 günlük karantin dövrünü keçəcəklər.