https://news.day.az/az/world/1226514.html Madaqaskar RƏSMİ elan etdi - Koronavirusun dərmanı tapıldı

Madaqaskar RƏSMİ elan etdi - Koronavirusun dərmanı tapıldı

Dünya xəbərləri, 21 Aprel 2020 16:36 (UTC +04:00) 1 167
Madaqaskar RƏSMİ elan etdi - Koronavirusun dərmanı tapıldı

Madaqaskar Prezidenti Andri Radzuelina koronavirus əleyhinə profilaktik dərmanın hazırlandığını elan edərək preparatı nümayiş etdirib. Day.Az xəbər verir ki, ölkə başçısı dərmanın təbii otlar, əsasən yovşanın əsasında hazırlandığını qeyd edib.

Ölkə lideri "Covid Organics" adlandırılan preparatın artıq klinik sınaqlardan da uğurla keçirildiyini vurğulayıb. A.Radzuelina ölkədə bu dərmanın sürətlə istehsalına start verildiyini, çərşənbə günündən etibarən isə "Covid Organics"in məktəblilərə profilaktika məqsədilə paylanacağını bildirib.

Qeyd edək ki, Madaqaskarda koronavirusa yoluxanların sayı 83 nəfər olub, 39 nəfər sağalıb, ölən yoxdur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər