Rusiyada DƏHŞƏTLİ YANĞIN: Ölənlərdən altısı uşaqdır
Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb.
Day.Az APA-ya istinadən xəbər ki, bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.
"İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb.
Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.