Son günlər İspaniyada daha çox tibb işçiləri arasında koronavirusa yoluxma halları baş verib
Son 24 saat ərzində İspaniyada qeydə alına koronavirusa yoluxma hallarının 70 faizdən çoxu tibb işçiləri arasındadır.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, son günlər ərzində daha çox tibb işçiləri arasında COVID-19 virusuna yoluxma halları baş verib. İndiyədək ölkədə qeydə alınan yoluxma hallarının 18 faizinin (43956) tibb işçiləri arasında olduğu bildirilib.
Nazirliyin məlumatına görə, Madrid və Kataloniyada iki ən böyük xəstəxanada tibb işçilərinin 11 faizi virusa yoluxub.
Səhiyyə Nazirliyi bildirib ki, tibb işçiləri arasında ölüm halları az olub. Belə ki tibb işçiləri arasında ölüm faizi 0.1-dir, halbuki ümumi əhali arasında ölüm faizi 7.8 faiz olub.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.