Britaniya Avropada koronavirusdan rəsmi ölüm sayına görə İtaliyanı qabaqlayır
Britaniya çərşənbə axşamı koronavirusdan ölənlərin sayının 32.000-dən çox olduğunu açıqlamaqla Avropada İtaliyanı bu göstəricilərə görə geridə qoyub.
Day.Az Milli.az-a istinadən verdiyi məlumata görə, ölüm sayının yüksək olması digər Avropa liderlərindən fərqli olaraq, mart ayında virusun yayılmasının qarşısını almaq üçün özünü təcrid əmrini gecikdirmiş baş nazir Boris Consona qarşı siyasi təzyiqlərin artmasına gətirib çıxarr bilər.
Britaniyanın milli statistika idarəsinin həftəlik rəqəmlərinə görə, İngiltərə və Uelsdə 7000-dən çox insan həyatını itirib. Bununla Birləşmiş Krallıqda ölənlərin ümumi sayı 32313-ə çatıb.
Bu rəqəmlər ölüm hallarını hesablamaq üçün bir neçə üsuldan biridir və digər ölkələrlə müqayisə etmək çətindir. Lakin bu rəqəmlər, Britaniyada virusun yayılması daha gec baş versə də, ölkənin Avropada ən pis göstəriciləri olan ölkə kimi ortaya çıxmasına işarədir.
Müxalifət partiyaları Consonun İtaliyadakı xəstəxanaların dolu olduğu bir vaxtda izolyasiyanın təxirə salınması ilə bağlı ilkin qərarını gündəmə gətiriblər.
Onlar həmçinin bildirirlər ki, onun administrasiyası kütləvi testlərin keçirilməsində və xəstəxanaların kifayət qədər qoruyucu avadanlıqla təmin edilməsində çox yavaş hərəkət edib.
Koronavirusdan ölənlərin sayına dair həqiqi rəqəmlər daha da yüksək ola bilər. Milli Statistika İdarəsi İngiltərə və Uelsdə 24 aprelə qədər ortalama ölümlərdən daha çox ölüm qeydə alındığını bildirib - 33.593 nəfər. Ölüm şəhadətnamələrində isə koronavirusdan həyatını itirənlərib 27365 olduğu ilə bağlı məlumat verilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.