https://news.day.az/az/world/1232073.html
                    Türkiyə uçuşları bərpa etməyə hazırlaşır
                    
                                            
                    
                    
                        
                            
                                
                            
                                                                    
                                
                                
                                    
                                    
                                
                                                                
                            
                            
    
                            
                            
                                
                            
                                
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                        
                    
                                            
                            
                            
                        
                    
                                                                        
                                            
                                                                                                                                                
                                            
                            
                                
                            
                            
                                
                            
                            
                                
                            
                        
                    
                                            
                    
                                    
            Türkiyə uçuşları bərpa etməyə hazırlaşır
                                
                                Yeni növ koronavirus (COVID-19) səbəbindən daxili reysləri mayın 20-dək, xarici reysləri isə mayın 28-dək dayandıran Türk Hava Yolları (THY) iyun, iyul və avqust aylarında uçuşlar həyata keçirməyə planlaşdırır.
Day.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, daxili uçuşlara iyun ayında başlamaq istəyən aviaşirkət xarici uçuşları tədricən təşkil edəcək.
Üç aylıq uçuş planlamasına görə, iyun ayında 19 ölkənin 22 nöqtəsinə hər həftə 75 uçuş həyata keçiriləcək. Bundan əlavə, iyul ayında hər həftə 74 ölkəyə və 103 istiqamətə 572 uçuş, avqustda isə 98 ölkə və 160 istiqamətə həftəlik olaraq 987 uçuş baş tutacaq.
Messencerlərdə bizə qoşulun:
                                
                            Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.