Argentinada sanitar təyyarəsi qəzaya uğrayıb

Argentinanın cənubunda təyyarə qəzası baş verib.

Day.Az xəbər verir ki, faktı ölkənin Nəqliyyatda Təhlükəsizlik İdarəsi təsdiq edib. Məlumata görə, qəza Çubut vilayətinin Eskel şəhərində qeydə alınıb. Göyərtəsində 4 nəfər olan "Learjet-35" sanitar təyyarəsi enmək istəyəkən qəzaya uğrayıb.

Təyyarədə iki pilotdan başqa ürək xəstəliyi olan uşağı əyalətdən paytaxta gətirmək üçün yola düşmüş həkim və tibb bacısı da olub.

İlkin ehtimal olaraq qəzanın qatı duman səbəbindən baş verməsi bildirilir.