https://news.day.az/az/world/1232111.html Ərəb Əmirliklərində göydələndəki yanğın söndürülüb - VİDEO

Ərəb Əmirliklərində göydələndəki yanğın söndürülüb - VİDEO

Dünya xəbərləri, 6 May 2020 10:40 (UTC +04:00) 122 154
Ərəb Əmirliklərində göydələndəki yanğın söndürülüb

Birləşmiş Ərəb Əmirliklərinin şimal-qərbində Şarca şəhərində 49 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın söndürülüb.

Day.Az xəbər verir ki, yerli fövqəladə xidmət yanğın nəticəsində 12 nəfərin xəsarət aldığını, 2 nəfərin xəsarətlərinin ağır olduğu üçün xəstəxanaya yerləşdirildiyini qeyd edib. Hadisə nəticəsində ölən olmayıb.

Məlumata görə, aşağı mərtəbələrdə başlayan yanğın tez zamanda bütün binaya yayılıb. Yanğın yayılmamışdan öncə həmin binanın və ətrafdakı binaların sakinləri təxliyə edilib. Yuxarı mərtəbələrdə qalan şəxslərin axtarılması üçün dronlardan istifadə olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil, araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər