https://news.day.az/az/world/1232116.html
Gürcüstanda koronavirusa yoluxanların sayı artır – 610 nəfər
Gürcüstanda koronavirusa yoluxanların sayı artır – 610 nəfər
Son sutka ərzində Gürcüstanda aşkar edilən yeni koronavirusa yoluxma faktlarından sonra burada COVİD-19 xəstələrinin sayı artaraq 610 nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən yaradılmış xüsusi rəsmi saytda qeyd edilib.
Karantində 4919, stasionar müalicədə 497 nəfər var, 269 nəfər sağalıb, 9 nəfər ölüb.
Qeyd edək ki, Gürcüstanda ilk koronavirusa yoluxma faktı fevralın 26-da qeydə alınmışdı, martın 21-də isə burada fövqəladə vəziyyət elan olunmuşdu.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.