https://news.day.az/az/world/1232155.html
ABŞ-da maskasız qızı mağazaya buraxmadığı üçün mühafizəçini güllələdilər - VİDEO
ABŞ-da maskasız qızı mağazaya buraxmadığı üçün mühafizəçini güllələdilər - VİDEO
ABŞ-ın Miçiqan ştatında silahlı insident baş verib. Mağazalardan birində mühafizəçi anası ilə mağazaya gələn qızı maska taxmadığı üçün içəri buraxmayıb. Bundan sonra həmin qadının həyat yoldaşı və oğlu mağazaya gəliblər və 23 yaşlı oğlan odlu silahdan mühafizəçini alnından güllə ilə vurub.
Ata və oğul hadisə yerindən qaçıb, qadını saxlayıblar. Ailə üzvlərinə qarşı qəsdən adam öldürmək ittihamı ilə çinayət işi açılıb.
Son məlumata görə, Miçiqanda 43 754 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 049 nəfər ölüb.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.