https://news.day.az/az/world/1232172.html Tramp Arizonada zavoda səfəri zamanı maska taxmadı

Tramp Arizonada zavoda səfəri zamanı maska taxmadı

Dünya xəbərləri, 6 May 2020 12:31 (UTC +04:00) 121 837
Tramp Arizonada zavoda səfəri zamanı maska taxmadı

ABŞ Prezidenti Donald Tramp Arizonada tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin istehsalı üzrə zavodu ziyarət edərkən qoruyucu maskadan istifadə etməyib. Day.Az xəbər verir ki, CNN telekanalı zavoddan reportajda amerikalı liderin qoruyucu eynəklərdə olduğunu, lakin maska taxmadığı görünən kadrlar yayımlayıb.

Telekanal qeyd edir ki, Arizonaya səfərdən öncə jurnalistin qoruyucu maska ilə bağlı verdiyi sualın cavabında isə D.Tramp mütləq maska taxacağını qeyd etmişdi.

Son məlumta görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,2 milyondan çox, ölənlərin sayı isə 71 min nəfərdən çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər