Avstraliyada mədənda PARTLAYIŞ – Yaralılar var

Avstraliyanın şimalında Kuinslend ştatında kömür mədənlərinin birində partlayış baş verib. Day.Az xəbər verir ki, yerli vaxtla 15:30-da baş vermiş partlayış nəticəsində beş mədən işçisi bədənlərində və tənəffüs yollarında yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Mədənin məxsus olduğu "Anglo American" şirkəti digər işçilərin təxliyəsi istiqamətində iş aparıldığını qeyd edib.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.