https://news.day.az/az/world/1232194.html Bruklində koronavirusdan ölənlərin cəsədlərinin daşındığı TIR-lar görüntüləndi - FOTO

Bruklində koronavirusdan ölənlərin cəsədlərinin daşındığı TIR-lar görüntüləndi - FOTO

Dünya xəbərləri, 6 May 2020 13:42 (UTC +04:00) 122 244
Bruklində koronavirusdan ölənlərin cəsədlərinin daşındığı TIR-lar görüntüləndi

Bruklində çəkilən görüntülər təşviş yaradıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin səmtində çəkilən kadrlar yenidən panikaya səbəb olub.

Bir neçə gün əvvəl Nyu-Yorkda, mərasim zalının qarşısında soyuducusu olmayan U-Haul şirkətinə məxsus yük avtomobillərinin yük yerində cəsədlərin saxlanılması və sakinlərin pis qoxuya görə narazılığı barədə məlumat vermişdik.

Bruklində buna bənzər hal yenidən baş verib. Belə ki, bu dəfə onlarla cəsədin daşındığı iri tonnajlı yük avtomobilləri görüntülənib.

Cəsədlərin gündüz vaxtı, sakinlərin gözü qarşısında daşınması narazılığa səbəb olub.

"Avtobus dayanacağının yaxınlığında, insanların gözü qarşısında cəsədlərin daşındığını görürük, bu çox dəhşətlidir", - Ralph Loschiavo adlı sakin söyləyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, ABŞ-da 72271 insan koronavirus səbəbindən dünyasını dəyişib.

  • Bruklində koronavirusdan ölənlərin cəsədlərinin daşındığı TIR-lar görüntüləndi

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər