NASA-nın vertolyotu Marsda istifadə olunacaq
NASA Marsın tədqiqi üçün nəzərdə tutulmuş uçuş aparatını rəsmi olaraq təqdim edib.
Day.Az xəbər verir ki, "İxtiraçılıq" (Ingenuity) adlandırılan mini-vertolyot bu ilin iyulunda başlayacaq "Mars 2020" missiyasının tərkib hissəsi olacaq.
Sınaqlar təxminən 2021-ci ilin yazında keçirilməsi nəzərdə tutulan 30 günlük eksperimental pəncərədə baş tutacaq. "İxtiraçılıq" Marsda gəzən robot olan "İnadkarlıq" (Perseverance) ilə birlikdə işləyəcək. Birinci robot Marsın çətinliklə gedilə bilən sahələrini havadan tədqiq edəcək. İkincisi isə "Qırmızı planet"in səthində məlumatları toplamaq və onları Yer kürəsinə göndərmək missiyasını yerinə yetirəcək.
NASA-nın planlarına görə, Marsda missiya 17 iyul-5 avqust 2020-ci il tarixləri arasında başlayacaq.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.