https://news.day.az/az/world/1232246.html İsrail institutu koronavirusa qarşı dərman yaratdığını bəyan edib

İsrail institutu koronavirusa qarşı dərman yaratdığını bəyan edib

Dünya xəbərləri, 6 May 2020 15:19 (UTC +04:00) 122 113
İsrail institutu koronavirusa qarşı dərman yaratdığını bəyan edib

Nes-Sionada yerləşən İsrail Bioloji Tədqiqatlar İnstitutu (İBTİ) koronavirusa qarşı preparatın birinci işlək nümunəsini əldə edib. 

Day.Az xəbər verir ki, bununla əlaqədar İBTİ ilə İsrail Müdafiə Nazirliyi birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, yeni preparat həm vaksin, həm də dərman kimi təsir göstərərək, xəstənin bədənindəki koronavirusu zərərsizləşdirir. Bu vasitə yoluxucu xəstəliklər zamanı tətbiq edilmiş məşhur preparat və metodlara əsaslanan digər eksperimental müalicə üsullarından fərqli olaraq, koronavirusa qarşı məqsədyönlü təsir göstərir.

Preparatın hazırlandığı monoklonal anticisimlər (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər) koronavirusa yoluxmuş heyvanların və insanların qanından əldə edilib. Klinik sınaqlar preparatın çox səmərəli olduğunu göstərib.

Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, bu, dünyada ilk təmayüllü preparatdır.

İBTİ-nin professoru Şmuel Şapiranın rəhbərliyi ilə patent üçün artıq müraciət edilib. Növbəti mərhələdə preparatın istehsalı üçün beynəlxalq təşkilatlara müraciət olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər