https://news.day.az/az/world/1232257.html
Rusiyanın mədəniyyət naziri koronavirusa yoluxdu
Rusiyanın mədəniyyət naziri koronavirusa yoluxdu
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxub. Day.Az xəbər verir ki, bu barədə nazirin mətbuat katibi bildirib.
Mətbuat katibinin sözlərinə görə, nazirin koronavirus testinin nəticəsi müsbət çıxəb.
O.Lyubimovanın hazırda evdə müalicə aldığı və işini davam etdirdiyi qeyd edilib.
Mətbuat katibi bildirib ki, nazir xəstəliyi yüngül formada keçirir, xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.