https://news.day.az/az/world/1232377.html
Lavrovla Pompeo arasında telefon danışığı olub
Lavrovla Pompeo arasında telefon danışığı olub
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.
APA-nın məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Pompeo və Lavrov silahlanma üzərində nəzarəti müzakirə ediblər.
"Dövlət katibi Pompeo və Xarici İşlər naziri Lavrov svilahlanma üzərində nəzarət məsələsi ilə bağlı gələcək addımları müzakirə ediblər. Bundan başqa, xarici siyasət idarələrinin rəhbərləri bir sıra ikitərəfli məsələləri, eləcə də koronavirusla mübarizədə qlobal səyləri müzakirə ediblər", - deyə məlumatda vurğulanıb.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.