Türkiyədə koronavirusa yoluxanların sayı 130 mini ötdü

Türkiyədə son 24 saat ərzində daha 64 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 253 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 131 744 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 78 202 nəfər təşkil edir.