https://news.day.az/az/world/1232409.html İtaliyada ötən sutka koronavirusdan 369 nəfər ölüb

İtaliyada ötən sutka koronavirusdan 369 nəfər ölüb

Dünya xəbərləri, 6 May 2020 21:32 (UTC +04:00) 121 908
İtaliyada ötən sutka koronavirusdan 369 nəfər ölüb

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan 369 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində İtaliyada 1 444 yeni yoluxma halı qeydə alınıb, koronavirusa yoluxanların ümumi sayı 214 457 nəfər, ölənlərin sayı isə 29 684 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 8 014 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 93 245 nəfər təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər