Gürcüstanda koronavirusa yoluxanların sayı artır – 615 nəfər

Son sutka ərzində Gürcüstanda aşkar edilən yeni koronavirusa yoluxma faktlarından sonra burada  COVİD-19 xəstələrinin sayı artaraq 615 nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən yaradılmış xüsusi rəsmi saytda qeyd edilib.

Karantində 5002, stasionar müalicədə 485 nəfər var, 275 nəfər sağalıb, 9 nəfər ölüb.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirusa yoluxma faktı fevralın 26-da qeydə alınmışdı, martın 21-də isə burada fövqəladə vəziyyət elan olunmuşdu.