Koronavirus azmış kimi, sel də Somalini yudu – 16 ölü

Somalidə koronavirus epidemiyası azmış kimi, güclü yağışlar də problemlər yaradıb. Day.Az xəbər verir ki, güclü yağışlar nəticəsində sel və daşqnlar Puntlənd, Qalmaduğ və Jubalənd bölgələrində daha ağır fəsadlara yol açıb, 16 nəfər həyatını itirib.

Güclü yağışlarla müşayiət olunan daşqınlar səbəbindən 200 minə yaxın insanın isə yaşayış yerlərini tərk etməyə məcbur qaldığı bildirilir.

Son məlumata görə, Somalidə 873 koronavirusa yoluxma fsktı təsdiq edilib, 39 nəfər bu virusun qurbanı olub.