İranda daha 68 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində daha 68 nəfər koronavirusdan (COVID-19) ölüb.
Day.Az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, 19 fevraldan indiyədək İranda bu virusdan ölənlərin sayı 6 486 nəfərə çatıb.
Nazirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində daha 1 485 koronavirusa yoluxması ilə İranda bu virusa yoluxanların sayı 103 135 nəfərə yüksəlib. Onlardan 2 728 nəfərin vəziyyəti ağırdır.
Cahanpur deyib ki, indiyədək ölkədə 82 744 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 544 mindən çox test həyata keçirilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.