https://news.day.az/az/world/1232679.html Tramp: Koronavirus “Perl-Harbor”dan betər oldu

Tramp: Koronavirus “Perl-Harbor”dan betər oldu

Dünya xəbərləri, 7 May 2020 16:47 (UTC +04:00) 122 050
Tramp: Koronavirus “Perl-Harbor”dan betər oldu

ABŞ Prezidenti Donald Tramp koronavirus epidemiyasını İkinci Dünya müharibəsi dövründə "Perl-Harbor" hərbi bazasına hücumla müqayisə edib. Day.Az xəbər verir ki, bu müqayisəni amerikalı lider mətbuat konfransında jurnalistlərə müsahibəsi zamanı qeyd edib.

D.Tramp deyib: "Ölkəmizin tarixində ən dəhşətli hücumu yaşadıq... Bu, "Perl-Harbor"dan betər oldu".

Daha sonra amerikalı lider qeyd edib ki, pandemiyanı müharibə kimi qəbul edir.

Qeyd edək ki, 1941-ci ildə ABŞ-ın Perl-Harbordakı hərbi bazasına Yaponiyanın hücumu zamanı 21 hərbi gəmi, 350 təyyarə zədələnmiş, 2390 amerikalı hərbçi ölmüş, 1700-dən çox nəfər isə yaralanmışdı.

Son məlumta görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,2 milyondan çox, ölənlərin sayı isə 71 min nəfərdən çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər