https://news.day.az/az/world/1232790.html ABŞ-da işsizlik müavinəti almaq istəyənlərin sayı 33 milyonu keçib

ABŞ-da işsizlik müavinəti almaq istəyənlərin sayı 33 milyonu keçib

Dünya xəbərləri, 7 May 2020 19:32 (UTC +04:00) 122 106
ABŞ-da işsizlik müavinəti almaq istəyənlərin sayı 33 milyonu keçib

ABŞ-da koronavirus pandemiyası müddətində işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 33 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyinin hesabatında deyilir.

Hesabata əsasən, təkcə aprelin 26-dan mayın 2-dək olan bir həftə ərzində 3,16 milyon amerikalı müavinət üçün müraciət edib. Aprelin 26-dək isə müraciət edənlərin sayı 3,84 milyon nəfər təşkil etmişdi.

Qeyd olunur ki, koronavirus infeksiyası yayılanadək bir həftə ərzində işsizlik müavinəti üçün yüz minlərlə amerikalı müraciət edirdi.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər