Hindistanda yük qatarı yolda yatan miqrantları əzdi

Hindistanın qərbində Maxaraştra ştatında yük qatarı qəza törədib. Day.Az xəbər verir ki, qəza nəticəsində azı 14 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı qeyd edilir.

Məlumata görə, yük qatarının maşinisti dəmiryolu üzərində yatıb qalmış işçi miqrantları görərkən qatarı saxlamağa cəhd göstərsə də, artıq gec olub.

Yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib, vəziyyətləri ilə bağlı məlumat verilmir.

Baş nazir Narendra Modi "Twitter" səhifəsində həmin hadisə zamanı həlak olanların ailələrinə, yaxınlarına başsağlığı ifadə edib. Həlak olmuş miqrantların və yaralıların ailələrinə lazımı yardım edilməsi üçün Hindistanın Sənaye, Ticarət və Dəmiryolu Nazirliyinə göstəriş verdiyini bildirib.

Hadisə müvafiq nazirlik tərəfindən nəzarətdə saxlanılır.