“Disney” parkı tədricən açılır

ABŞ-ın "The Walt Disney Company" şirkəti mayın 20-dən başlayarq Floridadakı "Disney World Resort" istirahət və əyləncə parkının işini bərpa etməyə hazırlaşır.

Day.Az xəbər verir ki, bunu bəyan edən şirkət artıq pakrın iki mərhələdə işini bərpa edəcəyini bildirib. İlkin mərhələdə açılacaq mağaza, kafe ve restoranlarda, bəzi əyləncə yerlərində dezinfeksiya işlərinin yüksək səviyyədə təşkil edilməsi, sosial məsafə tələbinin gözlənilməsi üçün işlər həyata keçirildiyi vurğulanıb. Bütün parkda fəaliyyətin ikinci mərhələdə təmin olunacağı qeyd edilir.

Şirkət bu ilin ikinci rübündə təmiz gəlirinin pandemiya səbəbindən 91 faiz aşağı düşdüyünü elan edib.

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanlarınsa sayı 1,25 milyon nəfəri, ölənlərin sayı isə 75 min nəfəri keçib.