https://news.day.az/az/world/1232928.html Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Dünya xəbərləri, 8 May 2020 11:14 (UTC +04:00) 122 422
Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 3 029 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 145 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 43 nəfər koronavirusun qurbanı olub, 1 758 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər