Gürcüstanda koronavirusa yoluxanların sayı artır – 623 nəfər

Son sutka ərzində Gürcüstanda aşkar edilən 8 yeni koronavirusa yoluxma faktlarından sonra burada  COVİD-19 xəstələrinin sayı artaraq 623 nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən yaradılmış xüsusi rəsmi saytda qeyd edilib.

Karantində 4723, stasionar müalicədə 446 nəfər var, 288 nəfər sağalıb, 9 nəfər ölüb.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirusa yoluxma faktı fevralın 26-da qeydə alınmışdı, martın 21-də isə burada fövqəladə vəziyyət elan olunmuşdu.