https://news.day.az/az/world/1233028.html
İranda daha 1 556 nәfәr koronavirusa yoluxdu, 55 nәfәr öldü
İranda daha 1 556 nәfәr koronavirusa yoluxdu, 55 nәfәr öldü
İranda ötәn sutka әrzindә daha 1 556 nәfәr yeni koronavirusa (COVID19) yoluxub, daha 55 nəfər ölüb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ümumilikdә indiyәdәk koronavirusa yoluxanların sayı 104 691 nәfәrә, bu virusdan ölәnlәrin sayı 6 541 yüksәlib.
Cahanpur әlavә edib ki, virus daşıyıcılarından 2 711 nәfәrin vәziyyәti ağır vә kritik qiymәtlәndirilir.
Nazirlik rәsmisi 83 837nәfәrin sağaldığını deyib.
İranda indiyәdәk 558 mindәn çox diaqnoz testi hәyata keçirilib.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.