https://news.day.az/az/world/1233042.html Nyu-York metrosu pandemiya dövründə gecə işləməyəcək

Nyu-York metrosu pandemiya dövründə gecə işləməyəcək

Dünya xəbərləri, 8 May 2020 14:39 (UTC +04:00) 122 316
Nyu-York metrosu pandemiya dövründə gecə işləməyəcək

Nyu-York metrosu fəaliyyətə başladığı 1904-cü ildən bəri ilk dəfə olaraq gecə saatlarında fəaliyyət göstərməyəcək. Day. Az xəbər verir ki, bunu Nyu-Yorkun Nəqliyyat İdarəsinin başçısı Patrik Foye elan edib.

O əlavə edib ki, qərar koronavirus epidemiyası səbəbindən qəbul edilib və yalnız pandemiya dövründə qüvvədə olacaq. Belə ki, gecə saat 01:00-dan səhər saat 05:00-a qədər metro sərnişinlərə xidmət göstərməyəcək. Bu müddət ərzində metroda miqyaslı dezinfeksiya işləri aparılacaq.

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanlarınsa sayı 1,25 milyon nəfəri, ölənlərin sayı isə 75 min nəfəri keçib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər