https://news.day.az/az/world/1233186.html
İldırım faciəyə səbəb oldu: 20 ölü, onlarla yaralı var
İldırım faciəyə səbəb oldu: 20 ölü, onlarla yaralı var
Konqo Demokratik Respublikasının paytaxtı Brazavilin Kintele bölgəsində ildırım insanları vurub.
Day.Az xəbər verir ki, nəticədə 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Kintele bələdiyyə sədri Stella Mensah Sassou Nquesso ildırımın yüksək gərginlikli elektrik naqilinə çarpdığını və insanların məhz bu səbəbdən öldüyünü bildirib.
Bəzi hadisə şahidləri isə çarpma nəticəsində yaranan elektrik gərginliyinin evlərə və küçədəki su yığıntılarına düşdüyünü, itkilərin bu səbəbdən olduğunu ifadə edib.
publika.az
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.