https://news.day.az/az/world/1233203.html Dünyada koronavirusdan ölənlərin sayı 270 min nəfəri keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 270 min nəfəri keçdi

Dünya xəbərləri, 8 May 2020 19:42 (UTC +04:00) 122 644
Dünyada koronavirusdan ölənlərin sayı 270 min nəfəri keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 270 min nəfəri keçib.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, mayın 8-dək dünya ölkələrində 271 497 nəfər COVID-19 pandemiyasının qurbanı olub.

Ən çox ölüm faktı ABŞ-da qeydə alınıb. Bu ölkədə 76 942 nəfər vəfat edib.

Böyük Britaniyada 30 615, İtaliyada 29 958, İspaniyada 26 299, Fransada 25 987 nəfər koronavirusun qurbanı olub.

Ümumilikdə 3,9 milyondan çox şəxs koronavirusa yoluxub, onlardan 1,3 milyondan çoxu sağalıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər