Dünyada koronavirusa yoluxanların sayı 87 mindən çox artdı
Dünyada koronavirusa yoluxanların sayı sutkada 87 mindən çox artaraq 3,7 milyonu keçib. Təsdiq edilmiş ölüm hallarının sayı 5 mindən çox artaraq 260 minə yaxınlaşıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Dünyada 3 759 967 yoluxma və 259 474 ölüm halı qeydə alınıb. Sutka əezində yoluxanların sayı 87,729, ölüm halları isə 5,429 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: müvafiq olaraq 1 654 345 və 152 179 hal. 24 saat ərzində yoluxanların sayı 28 308, ölüm halları isə 1 941 nəfər artıb.
Şimali və Cənubi Amerikada 1 586 129 nəfər koronavirusa yoluxub, 87 930 nəfər ölüb. Sutkada yoluxanların (43 300) və ölənlərin (3166) sayına görə bu bölgə Avropanı qabaqlayıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 8-nə olan vəziyyətə görə, orada 237 323 yoluxma faktı aşkarlanıb, 8 608 nəfər ölüb. 24 saat ərzində xəstələnənlərin sayı 8 125 nəfər artıb, 143 nəfər öldü.
Ən çox yoluxma halları ABŞ (1 215 571), İspaniya (221 447), İtaliya (215 858), Böyük Britaniya (206 719), Rusiya (187 859), Almaniya (167 300), Fransa (135 980), Türkiyəni (133 721), Braziliya (125,218) və İranda (103,135) qeydə alınıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.