https://news.day.az/az/world/1233260.html Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Dünya xəbərləri, 9 May 2020 08:01 (UTC +04:00) 122 499
Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Türkiyənin 24 vilayətində iki günlük komendant saatı rejimi qüvvəyə minib.

Trend-in məlumatına görə, mayın 9-dan 10-dək 24 böyük şəhərin və Zonquldağ vilayətinin sakinlərinə evlərini tərk etmək qadağandır.

Qərar ölkə hakimiyyəti tərəfindən yeni bir növ koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün qəbul edilib.

Məhdudiyyətlər Adana, Ankara, Balıkəsir, Bursa, Dənizli, Diyərbakır, Ərzurum, Eskişehir, Gaziantəp, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Manisa, Mardin, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, həmçinin Zonquldağ vilayətində tətbiq olunub.

Bazarlar, ərzaq və tərəvəz mağazaları bağlı olacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər